Home Təhsil TTK üçün müraciət edən tələbələrin sayı açıqlandı

TTK üçün müraciət edən tələbələrin sayı açıqlandı

1000
0

2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5678 nəfər müraciət edib.

Sosialxəbər.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb:

“Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub”.

Previous articleAzərbaycan və İsrail arasında əməkdaşlıq… – XİN
Next articlePutin Hitler deyil, dəli də deyil – Vuçiç

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here