Home Hərbi MN hərbçilərimizin təlimdə iştirakı ilə bağlı məlumat yaydı – Video

MN hərbçilərimizin təlimdə iştirakı ilə bağlı məlumat yaydı – Video

260
0

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.

Previous articleBakıda güclü partlayışdan sonra daha bir məşhur gecə klubu bağlandı
Next articleBu gün İlham Əliyevlə Nikol Paşinyan görüşəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here