Home Cəmiyyət Bakıda güclü partlayışdan sonra daha bir məşhur gecə klubu bağlandı

Bakıda güclü partlayışdan sonra daha bir məşhur gecə klubu bağlandı

191
0

“Location” gecə klubunda baş vermiş partlayışdan sonra, obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və onun qardaşı Elşən Səfərova məxsus “The Place” gecə klubu da bağlanıb.

Sosialxəbər.az “Qafqazinfo”a istinadən məlumatına görə, Nərimanov rayonu ərazisində yerləşən iaşə obyekti üç gündür ki, fəaliyyət göstərmir. Gecə klubunun fəaliyyətinin bərpa olunub-olunmayacağı isə sual olaraq qalır. Məlumata görə, “Location”da baş verən partlayışda xəsarət alanlar arasında “The Place”nin əməkdaşları da olublar.

Qeyd edək ki, “The Place” ötən ilin martın 10-da fəaliyyətə başlayıb. Hazırda Orxan Səfərov “Location”da baş verən partlayışa görə həbs olunan üç nəfərdən biridir.

Previous articleNeft yenidən ucuzlaşdı
Next articleMN hərbçilərimizin təlimdə iştirakı ilə bağlı məlumat yaydı – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here