Home QHT Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı tələbələrlə tədbir keçirildi

Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı tələbələrlə tədbir keçirildi

56
0

Sosialxəbər.az xəbər verir ki, “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin Azərbaycan Respublikasının QHT-na Dövlər Dəstəyi Agentliyinin maddi yardımı ilə “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili” adlı layihəsinin növbəti tədbiri Azərbaycanın Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbər və tələbələri ilə birgə həyata keçirildi.

Tədbiri ilk öncə Akademiyanın prorektoru, professor Fəhrad Möhbalıyev açdı və qanlı döyüşlər zamanı qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Sonra bu tədbirin məhz Akademiyanın tələbələri ilə birgə keçirilməsinin təqdirə layiq olduğu qeyd olundu.

Çıxışının sonunda təhsil ocağının vətənpərvər məzun tələbələrindən Vətən müharibəsində iştirak etməklə dörd nəfərin qəhrəmancasına Şəhid olması və bir nəfərin isə Yelmarlı Rəşidin hal hazırda müharibə Veteranının işlə təmin olunmasını qeyd edildi.

Layihənin rəhbəri Növrəstə Yusifova çıxışında layihə haqqında ətraflı məlumat verdi.

“Qarabağ Əlilləri və Veteranları” ictimai birliyi sədrin I müavini Ramiz Məmmədzadə və uzun müddət QHT sektorunda işləmiş və hal-hazırda Birliyin təşkilati məsələlər üzrə sədrin müavini olan Gülsəba Ələsgərova da döyüşlərdə gənclərin qəhrəmanlıqla şücaətlərindən, gənc və sağlam nəslin vətənpərvərlik ruhda böyüməsi haqqında öz çıxışları ilə davam etdilər.

Tələbələr çıxışları zamanı döyüş iştirakçıları olan qəhrəmanlarımızı özlərinə örnək olduqlarını bildirdilər.
Tədbirin sonunda Ali Baş Komandanımız İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının QHT-na Dövlər Dəstəyi Agentliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür bildirildi.

Tədbirin yüksək səviyyədə keçirilməsi üçün Akademiyanın rektoru, professor Hüseyn Qaraşov, Akademiyanın prorektoru, professor Fəhrad Möhbalıyev, tədbirin təşkilatçısı Rəşid Yelmarlı Vətən müharibəsində igidliyinə görə və pedaqoqlardan Sevda Məmmədova və Hicran Mirzəyeva Fəxri Fərmanlarla, tələbələr isə tədbirdə aktiv iştiraklarına görə Təşəkkürnamə ilə təltif olundular.

Previous articleGənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinə start verildi
Next articleABŞ: Türkiyəyə minnətdarıq, o icazə vermədi…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here