Home QHT Qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirdilən layihə uğurla davam edir

Qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirdilən layihə uğurla davam edir

237
0

Bu ilin fevral ayından etibarən başlayan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi uğurla davam edir.
 Layihənin əsas məqsədi Sumqayıt şəhəri və digər regionlarda əhali arasında qadın hüquqları, onların müdafiə mexanizmləri barədə maarifləndirmə kampaniyalarının təşkili, hüquq pozuntularının qurbanı olmuş qadınlar üçün fərdi məlumatlandırma xidmətlərini təşkil etməkdir.  
Layihə başlanan müddətdən etibarən qadın hüquqları, gender bərabərliyi, erkən nigahlar, qadın alveri, boşanmalar mövzularını əhatə edən maarifləndirmə proqramları hazırlanmış, məqalələr dərc edilmişdir.
Fevral və mart aylarında Dünya TV telekanalında  Qadın hüquqları mövzularını əhatə edən 3 televiziya verlişi nümayiş olunmuşdur. Televiziya verlişlərində ekspert qismində tanınmış hüquqşunaslar, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri çıxış etmişlər. Verlişlər 2 saat canlı olaraq nümayiş  etdirilmişdir. Tamaşaçıları maraqlandıran hər bir sual ekpertlər tərəfindən cavablandırılmışdır. 
Layihə çərçivəsində qadınların iş hüququ, tənha analara edilən güzəştlər,qadınların  təhsil hüququ, məişət zorakılığı, deputatların ölkəmizdə mövcud olan qadın hüquqları haqqənda fikirləri, boşanmalar və alimentlər, rəsmi nigahdan yayınmalar, sığınacaqların qorunması,ailə institutunun formalaşması və s. mövzularında 16 araşdırma və məqalər və dərc olunmuşdur.Layihə çərçivəsində 67 nəfər qadına hüquqi yardım göstərilmişdir. Onlardan 17 nəfər boşanma, 7 nəfər aliment, 8 nəfərə  zorakılıq ilə bağlı hüquqi yardımlar almışlar. 
Layihə başlanan müddətdən 34 nəfər qadına psixoloji yardım göstərilmişdir. “Etimad telefonu” vasitəsi ilə 131 qadına və onların ailə üzvlərinə ilkin hüquqi, psixoloji, sosial yardımlar göstərilmişdir.Layihə çərçivəsində həmçinin qadın hüquqlarının pozuntusuna şərait yaradan,bu pozuntuların arada qaldırılmasına mane olan hüquqi, sosial və iqtisadi amillərin öyrənilməsinə və bu amillərin arada qaldırılması yollarının müəyyən edilməsinə yönəlmiş sorğular təşkil olunur. Bu sorğular sosial şəbəkələr, KİV-lər vasitəsi ilə elektron formada və həmçinin anket forması vasitəsilə əhali arasında keçirdilir .Qeyd edək ki, layihə müddətində davamlı olaraq qadın hüquqlarının müdafiəsi mövzusunda təlimlərin, dəirmi masaların təşkil olnuması , Tv proqramların hazırlanması nəzərdə tutulub.
Hər keçirdilən tədbirlər barəsində öncədən KİV-də məlumatlar paylaşılır. 

Previous articleQHT Tərtər şəhərində Qarabağ müharibəsi əlili ilə görüşdü
Next articleQusar rayonunda Qarabağ Müharibəsi əlilləri üçün sosial təminat mexanizmlərinin və imtiyazların əlçatanlığı mövzusunda müzakirə keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here