Home QHT Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinə start...

Gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinə start verildi

224
0

“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili”layihəsinin icrasına başlayır.

Bu barədə Sosialxəbər.az – a ictimai birliyin mətbuat xidmətindən bildirilib. Layihənin əsas məqsədi gənclər arasında ailə institutunu inkişaf etdirmək,ailə dəyərlərinin təbliğini aparmaq, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaqdır.

Layihənin 3 ay müddətində Sumqayıt şəhəri, Xızı ,Siyəzən və Xaçmaz rayonlarında keçirilməsi planlaşdırılır. İlk tədbir 22 aprel 2022-ci il tarixində Siyəzən rayonunda, 26 aprel 2022-ci il Xaçmaz rayonunda, 27 aprel 2022-ci il Xızı rayonunda və 28 aprel 2022-ci il tarixində Sumqayıt şəhərində keçiriləcək.

Layihə rəhbəri Surxay Şəmsivaridir.

Previous articleQusar rayonunda Qarabağ Müharibəsi əlilləri üçün sosial təminat mexanizmlərinin və imtiyazların əlçatanlığı mövzusunda müzakirə keçirildi
Next articleVətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı tələbələrlə tədbir keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here