Home Dünya AŞ-ın Azərbaycan üçün Fəaliyyət Planı təqdim olundu

AŞ-ın Azərbaycan üçün Fəaliyyət Planı təqdim olundu

204
0

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azarbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını taqdim edir.

Sosialxəbər.az xəbər verir ki, açılış sessiyasında ədliyyə naziri Fikrət Məmmədov, Xarici İşlər Nazirliyinin və Fəaliyyat Planını təqdim edəcək Avropa Şurasının Bakıdakı ofisinin yüksək səviyyəli nümayəndələri, benefisiar təşkilatlar və beynalxalq birliyin üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. Plan insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Azarbaycan qanunvericiliyini, institutlarını və təcrübəsini Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqramlaşdırma alətidir. Fəaliyyat Planı ölkənin Avropa Şurasına üzv dövlat kimi öz öhdəliklərinə əməl etmək səylərini dəstəkləmək məqsədi daşıyır. Həmçinin qanunvericiliyin Avropa və beynalxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialin artırılmasına, qabaqcıl təcrübələrin tətbiqinə və Azərbaycan vətəndaşlarının hayat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Fəaliyyat Planı Avropa Şurasının qanuni orqanlarının va monitorinq orqanlarının əvvəlki qərar və tövsiyələrini, habelə milli islahat gündəliyini nəzərə alır. Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir.

Previous articleProkurorluq sabiq DGK əməkdaşlarının hökmündən protest verdi
Next articleBakıda qaz balonları ilə bağlı monitorinqlərə başlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here