Home QHT Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib

194
0

Aprelin 4-də Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi Yaponiyanın “Fujifilm” və “Araş” medikal şirkətlərinin baş sponsorluğu, Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop vərəm” tərəfdaşlığının dəstəyi ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirib.


Sosialxəbər.az xəbər verir ki, konfrans Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan-Yaponiya dostluq ili – 2022” çərçivəsində Azərbaycanda silsilə tədbirlər sırasına daxildir.
Onun məqsədlərindən biri də Yaponiya ilə Azərbaycan arasında vərəm/COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının vasitəsilə əlçatmaz ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edən və onların sayəsində əldə olunan uğurları işıqlandırmaqdan ibarətdir.

Konfransda vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlament üzvləri, nazirlik və digər qurumların nümayəndələri iştirak ediblər. “Stop vərəm” tərəfdaşlığının icraçı direktoru Luçika Ditiu, Türkiyə, Gürcüstan və İsveçrədən dəvət edilmiş vərəmlə mübarizə qurumlarının nümayəndələri də konfransın iştirakçıları arasında olublar.
Açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Sədaqət Vəliyeva, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-ün ölkəmizdəki nümayəndəsi Hade Harmançı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin rəisi Rəfail Mehdiyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, “Stop vərəm” Partnyorluğunun icraçı direktoru Lucica Ditiu və başqaları çıxış ediblər.
Konfransda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, ÜST-ün İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, Ölkə Əlaqələndirmə Komissiyasının Maliyyə və Proqram üzrə meneceri Aytən Hüseynova, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” QHT-nin direktoru Elçin Muxtarlı təqdimatla çıxış ediblər.

Konfransda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, ÜST-ün İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, Ölkə Əlaqələndirmə Komissiyasının Maliyyə və Proqram üzrə meneceri Aytən Hüseynova, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” QHT-nin direktoru Elçin Muxtarlı təqdimatla çıxış ediblər.
Qeyd olunub ki, hər il dünyada 10 milyon nəfər vərəm xəstəliyinə yoluxur və hər dəqiqədə 3 nəfər onun qurbanına çevrilir. Təəssüf ki, son illərdə vərəm xəstəliyindən ölənlərin sayında artım müşahidə olunur. Belə ki, ötən il 1,5 milyon nəfər vərəm xəstəsi vəfat edib. Azərbaycanda vərəmə yoluxanlar arasında prioritet 18-29 yaşında olanlara məxsusdur. Vərəm xəstələrinin 66 faizini kişilər, 33 faizini isə qadınlar təşkil edir. Keçən il ümumilikdə risk qrupuna aid olan 1439 nəfərin müayinəsi aparılıb. Son illər vərəmlə mübarizədə vəziyyət bu sahədə də onun qarşısını almaq üçün hamılıqla mübarizənin aparılmasını zəruri edir.
Azərbaycan QHT Koalisiyasının vərəmlə mübarizə sahəsindəki fəaliyyət və mübarizəsini əks etdirən videoçarxlar nümayiş olunub.

Previous articleİlham Əliyev Avropa Şurasının baş katibini qəbul etdi
Next articleUkraynada 600-ə yaxın rusiyalı əsir saxlanılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here