Home Hadisə Quba rayonunda torpaq sürüşməsi baş verib

Quba rayonunda torpaq sürüşməsi baş verib

351
0

Quba rayonunda torpaq sürüşməsi baş verib.

Sosialxəbər.az APA-a istinadən  verdiyi məlumata görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə ediblər və aidiyyəti qurumlara məlumat verilib.

Quba Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, icra başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib.

Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.

Previous articleKamal Abdullanın Təbrizdə romanı çap olundu
Next articleAzTV-nin bədii rəhbəri Ranar Musayev istefa verdi – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here