Home QHT QHT lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə dünya autizm məlumatlanırma günü qeyd...

QHT lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə dünya autizm məlumatlanırma günü qeyd olundu

233
0

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində 2 aprel Dünya Autizm Məlumatlandırma Günü qeyd olundu.
2008-ci ildən başlayaraq hər il aprelin 2-i Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.

Sosialxəbər.az xəbər verir ki, Bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət – qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya və maraq məhdudluğu və təkrarlanan davranış pozğunluğu əsasında diaqnoz qoyulur: Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.

Bütün dünyada olduğu kimi ölkəmizdə də autizm XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Onu XXI əsrin ən qlobal problemlərindən hesab edirlər.
2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ölkəmizdədə qeyd olunur. “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsi çərçivəsində 30 mart- 2 aprel tarixlərində Dünya Autizm Məlumatlandırma Gününü qeyd etdi. 30 mart tarixində 30-a yaxın autizm spektri pozuntusu,daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaq və ailədəki digər tipik uşaqlar, valideyn və könüllülərin iştirakı ilə Sumqayıt şəhər dənizkənarı parkda yerləşən “Yaşıl bağ” restoranında klonların iştirakı ilə şənlik təşkil olundu. Eyni zamanda 2 aprel tarixində “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində uşaqlar üçün maraqlı və əyləncəli şənlik təşkil olundu. Ailədəki digər uşaqların şənliyə qatılaraq sağlamlıq imkanları məhdud uşaqlara göstərdikləri qayğı,diqqət və sevgi onların birgə cəmiyyətə adoptasiyasının bariz nümunəsidir.”Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin sədri Zeynəb Hacıyeva belə şənliklərin təşkilinin həm uşaqlarda, həm də valideynlərdə böyük ruh yüksəkliyi yaratdıgını bildirmişdir.

Previous articleSumqayıtda ictimai iştirakçılıqla əlaqədar maarifləndirici tədbir keçirilib
Next articleİsmayıllıda tədbir-FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here