Home QHT İsmayıllıda tədbir-FOTOLAR

İsmayıllıda tədbir-FOTOLAR

99
0

Şəhid ailələrinə maddi və mənəvi dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində İsmayıllı rayonunda tədbir keçirib.
Tədbirdə çıxış edən təşkilatın üzvü Elnarə Həziyeva bildirib ki, təşkilat 2005-ci ildə rəsmi qeydiyyatdan keçib. Bu müddət ərzində bir sıra layihələrə imza atan təşkilat daim şəhid ailələri ilə bağlı iş aparıb. Layihələr çərçivəsində şəhid ailələrinə pulsuz kuslar təşkil olunub. Onlara bərbər, tikiş, xarici dillə bağlı kurslar keçirilib. Pandemiya zamanı Yasamal və Səbail rayonlarında olan şəhid ailələrinə ərzaq yardımı edilib.

Təşkilatın sədri Nəzakət Həsənova layihə barəsində danışıb. Bildirib ki, layihədə əsas məqsəd hökumətin şəhid ailələri, qazilərlə bağlı həyata keçirdiyi işlərdə vətəndaş cəmiyyətinin rolunun artırılması və bu təbəqədən olan insanların problemlərinin minimuma endirilməsindən ibarətdir.

N.Həsənova qeyd edib ki, layihədə qarşıya qoyulan vəzifələr aşağıdakılardır: “Bakı şəhərində Yasamal və Səbail rayonları, İsmayıllı və Hacıqabulda olan şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində həyata keçirilən işlər araşdırılacaq, mövcud problemlər öyrəniləcək və bu problemlərin həlli yönündə aidiyyatı qurumlara müraciətlər ünvanlanacaq. Bakı şəhərində Yasamal və Səbail rayonları, İsmayıllı və Hacıqabulda olan şəhid ailələri və qazilərin hüquqularının qorunması istiqamətində 400 ədəd kitabça (50 səhifəyədək) çap olunub. Kitabçada şəhid ailələri və qazilərlə bağlı qəbul olunan qərarlar və hüquqi aktlar öz əksini tapıb. KİV-lə əməkdaşlıq ediləcək və mövcud problemlərin həllində KİV-lərin imkanlarından istifadə olunacaq. Yekun hesabat donor təşkilata təqdim olunacaq”.
Layihə çərçivəsində Bakı şəhərinin Yasamal rayonunda tədbir keçirilib. Növbəti tədbir, Hacıqabul və Bakı şəhərində Səbail rayonunda olacaq.

Tədbirdə çıxış edən jurnalist Ədil Ədilzadə layihə çərçivəsində çap olunan kitab barəində danışıb. Bildirib ki, kitabda Cənab Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və qazilərlə bağlı imzalanan müvafiq sərəncamlar öz əkini tapıb. Onun özlərinə görə, kitabda YAŞAT Fondu barəsində eyni zamanda İmayıllı, Hacıqabul, Yasamal və Səbail rayonlarında şəhid ailələri və qazilərlə bağlı görülən işlər işıqlandırılıb.

Tədbirdə İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Əlişir Süleymanov, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nəsimi Teymurov, şəhid ailələri çıxış edib. Təkliflərini səsləndiriblər.

Previous articleQHT lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə dünya autizm məlumatlanırma günü qeyd olundu
Next articleRusiya mənasız və ağılsız savaş aparır – NYT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here