Home QHT “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin tədbiri keçirilib

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin tədbiri keçirilib

37
0

Sosialxəbər.az xəbər verir ki, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icra edir.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 2 aprel 2022-ci ildə Bakı şəhərində keçirildi. İçəri şəhərin ən gözəl məkanlarından biri olan Kasamasa restoranında şəhid ailələri,müharibə veteranlar, qazilər, QHT və media nümayəndələri dəvətli idilər.

Tədbiri Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri , layihənin rəhbəri Mətanət Əsgərqızı açaraq, şəhidləri bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra o, layihənin yaradıcı qrupunu, ekspert Cəsarət Hüseynzadəni, psixoloqlar Vəfa Abbasovanı, Könül Abbasovanı, layihə rəhbərinin köməkçisi Aysunay Həsənovanı təqdim edərək layihənin yüksək səviyyədə keçirilməsində köməyə görə onlara minnətdarlığını bildirdi.

Eyni zamanda layihə boyu əməkdaşlıq etdikləri media qurumlarının bölgələrdə olan nümayəndələrinin hər tədbirdə iştirak etdiklərinə, layihənin icrası barədə ətraflı məlumat verdiklərinə görə minnətdarlığını bildirdi.

Həmçinin qeyd olundu ki, bütün tədbirlər foto və video lentinə alınıb. Layihənin sonunda kiçik video rolik hazırlanaraq tədbirlərdə iştirak edən şəxslərə xatirə olaraq çatdırılacaq. Daha sonra Mətanət Əsgərqızı görülən işlərin hesabatını verdi. O, qeyd etdi ki,buna qədər layihə bölgələrdə, Ağdam,Tərtər rayonlarında, Mingəçevir şəhərində icra edilib. Ağdam rayonunda şəhid Orxan Dadaşovun xatirə lövhəsinin açılışı olub.Tərtər rayonunda Gənclər Evində gənclərlə, təhsil işçilər və qazilərlə iki tədbir keçirilib. Vətən Müharibəsi qazisinin xahişi ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyi bir neçə gün sonra yenidən Tərtərə gələrək yolasalma mərasimində iştirak edib. Tərtərdəki tədbirdə Vətən Müharibəsi qazisi Elnur Qurbanlının və Arzuman Abbasovun müraciətinə əsasən iş məsələsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib.Mingəçevir şəhərində Gənclər Evində şəhid ailələri, qazilər və gənclərlə görüş keçirilib.

Görüşdə Əsgər Ailələrinə Dəstək ictimai birliyinin yerli şöbəsi yaradılaraq orada Psixoloq kabineti təşkil olunub. Məqsəd həssas qrupları müharibədən yaranan stresslərdən bir qədər azad edib , cəmiyyətin aktiv üzvlərinə çevirməkdir. İki şəhid ailəsi ziyarət olunub.Şəhidlər xiyabanında iməclik keçirilib. Mətanət Əsgərqızı qeyd etdi ki, layihə çərçivəsində tədbirlərdə tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və ordusunun,onun Müzəffər Ali Baş Komandanının zəfər tariximizdə rolundan danışılıb. Bakı şəhərində “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin 2 apreldə keçirilməsi də təsadüfü deyil. Məhz 2016-cı il şanlı aprel döyüşlərinin il dönümündə qəhrəmanlar yad edilirlər. Mətanət Əsgərqızı şanlı Zəfər tariximiz də danışdı.

Tədbirə dəvət edilən Azərbaycan Bayrağı Ordenli polkovniklər Hikmət Ağayev, Xətai Baxışov, 20 yanvar Cəmiyyətinin sədri Soltan Əzimov belə layihələrin əhəmiyyətindən danışdılar. Qələbəmizin təbliğinin gənc nəslin vətənpərvərlik tərbiyəsində önəmli rolu olduğunu qeyd etdilər. Daha sonra layihənin eksperti Cəsarət Hüseynzadə, psixoloqlar Vəfa Abbasova, Könül Abbasova layihə rəhbərinə minnətdarlıq bildirdilər ki, onları belə həssas layihəyə cəlb edib. İctimai birliyin icra etdiyi layihəni və nəticələrini yüksək qiymətləndirdilər.Şəhid ailələrinin nümayəndələri də dəvətə görə və maraqlı anlar yaşadıqlarına görə minnətdarlıq bildirdilər.

Previous article“Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi
Next articleSumqayıtda ictimai iştirakçılıqla əlaqədar maarifləndirici tədbir keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here