Home Cəmiyyət Bakıda tanınmış marketə cərimə protokolu yazılıb

Bakıda tanınmış marketə cərimə protokolu yazılıb

235
0

Bakıda tanınmış marketə cərimə protokolu yazılıb.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, Araz Supermarket MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.3-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmə iclası aprelin 11-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Previous articleBayden dünya müsəlmanlarını təbrik etdi
Next articleMətanət İsgəndərlinin bacısı qızını şantaj edən şəxs həbs olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here