Home Dünya Türkiyə rus qazının idxalını tədricən azaldır

Türkiyə rus qazının idxalını tədricən azaldır

247
0

Türkiyə qonşu ölkələrdən təbii qazla alışını dəyərləndirir. Həmin ölkələr də bu məsələyə müsbət yanaşır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında yayımlanan məqalədə deyilir.

Bildirilib ki, Ukrayna müharibəsindən dolayı Rusiyadan qaz nəqli ilə bağlı yarana biləcək mümkün problemlərdən dolayı Türkiyə hakimiyyətinin alternativ mənbələr axtarışına çıxması ilə bağlı məlumatlar yayılmaqdadır. Belə ki, Türkiyə Azərbaycan, Rusiya və İrandan boru xətti ilə qaz tədarük edirsə, LNG-ni (mayeləşdirilmiş qaz) isə Əlcəzair, Nigeriya, Anqola, Kamerun, Norveç, Misir, ABŞ, Trinidad kimi ölkələrdən əldə etməkdədir.

Qardaş ölkə təbii qazın alışı ilə bağlı mənbələrə yenidən nəzər yetirməkdədir.

Türkiyənin Rusiyadan qaz idxalının həcmi davamlı olaraq azalmaq üzrədir. Türkiyənin Enerji Bazarına Nəzarət Qurumunun (EPDK) statistikasına görə, 2013-cü ildə Türkiyənin Rusiyadan qaz idxalının həcmi ümumi payda 87,08 faiz idisə, 2020-ci ildə bu rəqəm 68,67 faizə enib.

Müvafiq dövrdə LNG-nin alışı isə 12,92 faizdən 31,33 faizə qalxıb.

Previous articleQHT təlimdə müasir texnologiyaların tətbiqini öyrədir – FOTO
Next articleZelenski iki generalı rütbələrindən məhrum etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here