Home QHT QHT Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar anım tədbiri keçirdi

QHT Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar anım tədbiri keçirdi

88
0

Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Sosialxəbər.az xəbər verir ki, martın 31-də “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsi çərçivəsində 31 mart-Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə müxtəlif diaqnozlardan əziyyət çəkən uşaqlar iştirak etmişdir. Layihədə psixoloq kimi çalışan Elnurə Şirinova hər bir uşağın anlayacağı tərzdə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər haqda məlumat vermişdir.Uşaqlar mövzu ilə bağlı təsəvvür etdiklərini öz çəkdikləri rəsmlərdə canlandırmışlar. Sonda QHT rəhbəri Zeynəb Hacıyeva uşaqların əl işləri ilə tanış olmuş və hər birini alqışlamışdır.

Previous articlePaşinyan dedi ki, bircə yol var: Bakıya təslim olmaq
Next articleRusiya Belqoroda əlavə qüvvə yığır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here