Home Cəmiyyət Azərbaycanda bu avtomobillər bahalaşır – Video

Azərbaycanda bu avtomobillər bahalaşır – Video

188
0

Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.

Sosialxəbər.az xəbər verir ki, müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev “Xəzər Xəbər”ə açıqlamasında çatdırılma qiymətinin təxminən 20-30 faiz artdığını deyib.

Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.

Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.

Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.

Previous articleGələn ay 5 qeyri-iş günü olacaq
Next articleHərbi xidmətə növbəti çağırış başladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here