Home QHT “Ziyalı Ocağı” İctimai Birliyi özünün “Unutmayaq və unutdurmayaq!” adlı növbəti tədbirini keçirdi

“Ziyalı Ocağı” İctimai Birliyi özünün “Unutmayaq və unutdurmayaq!” adlı növbəti tədbirini keçirdi

239
0

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi mart ayının 30-da Sumqayıt şəhər 17 saylı orta məktəbdə özünün “Unutmayaq və unutdurmayaq!” adlı tədbirini reallaşdırdı.

Tədbiri giriş sözü ilə Sumqayıt şəhər 17 saylı orta məktəbin direktoru Rəna Rufullayeva açaraq bildirdi ki, -“bu qəbildən olan tədbirlərin məktəbimizdə keçirilməsi təqdirəlayiq haldır. Xalqımızın tarixində baş verən faciələr, soyqırımlar şagirdlərimizin tariximizə daha yaxından bələd olması, onu öyrənməsi üçün olduqca faydalıdır. Tarixi dərindən, əhatəli bildiyimiz halda biz güclü və əyilməzik. Bunun üçün bütün şagirdlərimiz tariximizə laqeyd qalmamalı, onu izləməli və eyni zamanda, baş verən hadisələrə özünün təəssübkeş vətəndaş münasibətlərini bildirməlidirlər”.

Çıxış etmək üçün söz tədbirin təşkilatçısı, “Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyevaya verildi.

İ. Əliyeva vurğuladı ki, -“Biz bu günkü ölkəmizdəki sabit duruma, işğaldan azad olunmuş torpaqlarımıza görə Ali Baş Komandanımıza-cənab İlham Əliyevə, Şəhidlərimizə, igid əsgərlərimizə borcluyuq.

Xahiş edirəm bizə bu günləri yaşadan Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək”.

Bir dəqiqəlik sükutdan sonra öz nitqini davam etdirən İlahə Əliyeva bildirdi ki,  -“Tarixin müəyyən dövrlərində xalqımızın təkrar-təkrar başına gətirilən bu faciələrin, soyqırımların əsas səbəbi unutqanlığımız oldu. Biz başımıza mənfur düşmənlərimiz- ermənilər və onların himayədarları tərəfindən gətirilən coxsaylı faciələri unutmasaydıq və unutdurmasaydıq bu müsibətləri, soyqırımları təkrarən yaşamazdıq.

Ermənilərin Qafqaza kütləvi şəkildə köçürülməsi prossesindən sonra özünün dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların dincliyi, rahatlığı pozuldu. Tarixi Azənbaycan ərazilərinə yerləşdirilən, içi məkrlə dolu olan iblis sifətli ermənilər bunun üçün nəinki bizə minnətdarlıq etmədilər, hətta yeni-yeni münbit ərazilər tələbini irəli sürdülər. Təəssüflər olsun ki, onların din qardaşları olan ruslar ermənilərin bu istəyinin yerinə yetirilməsində yaxından köməklik göstərdilər. Ermənilərin kütləvi şəkildə torpaqlarımızda yerləşdirilməsi, yerli azərbaycanlıların qətlləri, sürgünləri ilə nəticələndi. İlk kütləvi qətllər 1905-ci ildə indiki Ermənistanın bütün ərazilərində və eyni zamanda Bakıda, Naxçıvanda həyata keçirildi. Zülmə, zülümkara qarşı ayağa qalxan azərbaycanlıları quldur erməni dəstələri və rus əsgərləri qanlarına qəltan etdilər. 

Aradan illər keçdi… 1905-ci il soyqırımını unutdurdular… Amma torpaq oğruları, var-dövlət düşkünləri olan ermənilər özlərinin çirkin, qəsbkar planlarını unutmadılar. Bu planların üzərində durmadan çalışdılar. Qarşılıqdan istifadə edərək, 1918-ci ildə yenidən ayaqlandılar.

Öz evində, elində, dədə-baba torpağında -Zəngəzurda, İrəvanda, Göyçədə, Ağbabada, Vedibasarda, Şoreyeldə, Dərələyəzdə, həmçinin, Bakıda, Şamaxıda, Naxşıvanda, Ağsuda, Lənkəranda, Qubada, Nuxada və başqa yerlərdə düşünülmüş, planlı şəkildə kütləvi qətliamlar baş verdi.

Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qanlarına qəltan olundu, sürgün olundular, başlarına olmazın oyunları gətirildi, torpaqları əllərindən alındı, malları-mülkləri talan olundu. Doğma ocaqlarından, yuvalarından didərgin düşdülər, sürgün olundular.

Bu murdar niyyətli ermənilər heç sovet hakimiyyəti dövründə də dinc oturmadılar. Müxtəlif adlar altında azərbaycanlıların Ermənistan ərazisindən Azərbaycan ərazilərinə köçürülməsi işini reallaşdırdılar. Dağlıq, səfalı yerlərdə yaşayan azərbaycanlıları- susuz, ilan mələyən arana-Mil-Muğan düzünə-Saatlıya, Sabirabada və başqa ərazilərə köçürdülər.

Ermənistan ərazilərindən azərbaycanlıların son köçü 1988-ci ildə oldu. Qarlı, şaxtalı, soyuq qış günlərində azərbaycanlıarın evinə, elinə basqın edildi, onlara işgəncələr verildi, kütləvi şəkildə qətliamlar həyata keçirildi. Bu qətliamlar, soyqırımlar elə bir dəhşətli, qorxunc, zalımcasına bir şəkildə aparılırdı ki, digər azərbaycanlılar da bundan nəsibini alsın- ən yaxşı halda canını götürüb qaçqın. Nəticə bu iblis sifətli ermənilərin istəyinə yol açdı. Artıq Ermənistanda yaşamağın mümkünsüzlüyünü görən azərbaycanlıalr çovğunlu, şaxtalı qış günlərində keçilməz dağ cığırları ilə canlarını götürüb, qaçmaq məcburiyyətində qaldılar. Spitakda, Leninakanda azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklərə al atdılar.

Təəssüflər olsun ki, zamanında başdan-başa türk yurdu olan bu günkü Ermənistanda bir nəfər də olsun, azərbaycanlı yaşamır. Baş verənlərin əsas səbəbi unutqanlıq amili idi. Əgər zamanında tarixi torpaqlarımızda baş verən faciələri, soyqırımlarını unutmasaydıq və unutdurmasaydıq növbəti soyqırımlarını, kütləvi qətliamları yenidən yaşamazdıq. Bu, xalqımız üçün tarixi bir dərsdir. Yeni-yeni ərazi iddiaları olan mənfur qonşularımıza qarşı həmişə, hər an ayıq-sayıq olmalı, xalqımızın bu vandallar tərəfindən hər cür əzab-əziyyətlərə məruz qaldığı müsibətləri unutmamalı və unutdurmamalıyıq”.

Sonra çıxış üçün söz alan tanınmış jurnalist, keçmiş döyüşçü Rəsul Mirhəşimli öz çıxışını hissə-hissə əzəli torpaqlarını itirən

Azərbaycan ərazilərindən bəhs etdi. Tədbir iştirakçılarını qiyabi olaraq “Gülüstan (1813)” və “Türkmənçay (1828)” sülh müqavilələrinə götürdü. Məhz bu bədnam sülh müqavilələrinin imzalanmasından sonra Azərbaycan öz ərazilərini itirməyə başladı. Çar Rusiyasının himayəsi altında Türkiyədən, İrandan erməniləri köçürüb, tarixi Azərbaycan torpaqlarında yerləşdirdilər. Etnik təmizləmə apararaq, bu məmləkətin köklü sakinlərini –azərbaycanlıları öz yerlərindən-yurdlarından didərgin saldılar, onlara qarşı ən çirkin oyunlara getdilər, tarixdə görünməyən vəhşiliklərə əl atdılar. Son əsrlərdə xalqımızın bu mənfur ermənilərin üzündən çəkmədiyi bəla qalmadı.

Bu gün onlar özlərini dünyaya mədəni bir millət kimi tanıtmağa çalışırlar. Əslində ermənilər cılız, səviyyəsiz, ikiüzlü, fürsətçi bir toplumdan başqa bir şey deyillər. İstənilən anda öz mənfəətləri naminə hər cür çirkinliyə əl atırlar. Onlar Azərbaycandan istifadə edərək, onun torpaqlarında özlərinə dövlət qurdular.

Bu gün dünya dövlətləri içərisində yeganə dövlətdir ki, orada bir nəfər də olsun, başqa millətin nümayəndəsi yaşamır”.

ADNA-nın dosenti, iqtisad elmləri namizədi Ağasəf İmran erməni vandallarının nəinki qırğınlar, qətliamlar dövründə, hətta dinclik dövründə də məkrli əməllərdən əl çəkmədiklərini bildirdi.

O qeyd etdi ki, Bakıda Çəmbərəkənd qəbristanlığını məhv edib, yerində “Dağüstü Park” yaratdılar və bu parkda rəqs meydançası qurdular. Gənclərimizə o meydançada –məzarlıqda rəqs  etdirdilər. Bu, mənfur düşmənlərimizin xalqımıza qarşı olduqca çirkin oyunlarının bariz nümunəsidir və sadəcə biridir.

…1968-ci il idi. Bir dəfə iş yoldaşımın -Əli dayının iş zamanı yerə döşənmiş daş döşəməni alıb, sinəsinə sıxaraq, hönkürə-hönkürə ağladığını gördüm. Yoldan keçənlər və işçilər –hər kəs Əli dayının başına toplandı. Ağlamağının, üsyan etməyinin səbəbini soruşduq.

O daş plitəni bizə göstərib dedi:

-Bu Babamın Çəmbərəkənddəki qəbrinin sinə daşıdır. Əclaflar bu sinə daşını söküb, burada şəhərin mərkəzi küçəsində küçəyə döşəyərək, insanları üstündən keçirirlər”.

-Əli dayı o zaman Çəmbərəkənd qəbristanlığını sökən, orada uyuyan azərbaycanlıların sümüklərini çıxarıb zibilliklərə atan, sinə daşlarını isə küçələrə döşəyən rus hökümətini, erməniləri söyərək çıxıb getdi və bir daha işə geri dönmədi.

Mən bu hadisəni özümün qələmə aldığım “Sinə daşı” əsərimdə ətraflı şəkildə qələmə almışam. Yəni deməyim odur ki, ermənilər, ruslar xalqımıza qarşı bu və bundan da aşağı olan hər cür insani çərçivələrə sığmayan eybəcərliklərə əl atıblar.

Əziz gənclərimiz, Siz qarşınızda olan mənfur düşməni olduğu kimi tanımalısınız. Heç vaxt bu iblislərə gələcək həyatınızda etibar etməyin. Ermənilər həmişə bizi arxadan bıçaqlayıblar”.

“Ziyalı Ocağı” İctimai Birliyinin İdarə Heyətinin sədri, keçmiş döyüşçü İslam Mahmudov Ağasəf İmranın fikirlərini təsdiqlədiyini bildirdi və qeyd etdi ki, “biz xarici ölkələrdən qonaqlarımızı adətən erməni-bolşevik birliyini, qaniçənliyini, vəhşiliyini əyani olaraq göstərmək üçün Qubada yerləşən Soyqırımı Kopmpleksinə ziyarətə aparırıq.

İndiki bu müqəddəs məkanda -1918-ci ildə kütləvi qətliamlar törədilib, soyqırımı aparılıb. Soyqırımı qurbanlarının cəsədlərini iri quyulara dolduraraq, üstünü basdırıblar və sovet hakimiyyəti dövründə burada idman meydançası salblar- gənclərimizə soyqırımı qurbanlarının cəsədləri üzərində oyun oynadıblar. Təsadüf nəticəsində aşkar edilən sümük qalıqları buranın toplu məzarlıq olduğunu göstərib. Ətraflı şəkildə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bu toplu məzarlıqda uyuyan insanlar 1918-ci ildə baş verən erməni-bolşevik vəhşiliyinin qurbanlarıdır. Bu da erməni vəhşiyini özündə əks etdirən növbəti vandallıq aktıdır.

Hazırda soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq orada Quba Soyqırımı Kompleksi inşa edilib. Bu komleksin divarlarında o dəhşət qoxuyan günləri özündə əks etdirən faktlara əsaslanan materiallar əks olunmuşdur”.

Tədbir digər iştirakçıların nitqləri ilə davam etdirildi. -“Unutmayaq və unutdurmayaq!” adlı bu tədbirdə erməni terroristlərinin ölkəmizə gətirdiyi fəlakətlərin tarixinə və qurbanlarına toxunuldu, dağıdılmış, viran qoyulmuş ellərin coğrafi məkanına qiyabi səyahət olundudı, itirdiyimiz torpaqların acınacaqlı taleyindən danışıldı. 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş video çarx nümayiş etdirildi.

Previous article“Şəhid ailələri və müharibə iştirakçıları arasında kiçik sahibkarlığın təşviqi” adlı təlimlərin icrasına başlanılmışdır
Next articleQHT təlimdə müasir texnologiyaların tətbiqini öyrədir – FOTO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here