Home QHT Sumqayıt gəncləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər

Sumqayıt gəncləri Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər

151
0

“Əlillliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.

Bu barədə Sosialmedia.az-a Birliyin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, 4 aylıq layihənin ilk tədbiri Xocalı Soyqırımı ilə bağlı 18 fevral 2022-ci ildə Sumqayıt şəhərində, ikinci tədbir isə 02.03.2022-ci il tarixində Xızı rayonunda təşkil edilmişdir. 31 mart azərbaycanlıların soyqırımı ilə əlaqədar olaraq isə Bakı şəhərinə ziyarət təşkil olundu. 30 nəfər yeniyetmə, gənc və əlilliyi olan şəxslər şəhidlər xiyabanı, II fəxri xiyaban,türk şəhidliyi və Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan ana harayı abidəsini ziyarət etdilər.Ziyarət edən gənclər və yeniyetmələr vətənpərvərlik mövzusunda şeyirlər söylədilər.
Ziyarətin məqsədi Xocalı qurbanlarını və Azərbaycanın ərazi bütövlüyü uğrundan canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.
Qeyd edək ki, layihənin sonunda “Xocalı Günü” adlı əlillərin əl işlərindən ibarət sərgi təşkil olunacaq.

Previous articleRusiya və Ukrayna heyətləri sabah görüşəcək
Next article“Şəhid ailələri və müharibə iştirakçıları arasında kiçik sahibkarlığın təşviqi” adlı təlimlərin icrasına başlanılmışdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here