Home QHT QHT təlimdə müasir texnologiyaların tətbiqini öyrədir – FOTO

QHT təlimdə müasir texnologiyaların tətbiqini öyrədir – FOTO

43
0

“Turan” İstedadlar Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Gənclər üçün peşə kurslarının təşkili və onların müvafiq işlə təmin lunmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində keçirdiyi elektrik montyoru ixtisası üzrə təlimlərə yekun vurub. Olduqca maraqlı və interaktiv keçən təlimlərdə iştirakçılara fərdi evlərdə, binalarda və mənzillərdə elektrik sisteminin qurulması və təhlükəsizlik qaydaları barədə nəzəri biliklər verilib.
“Turan” İstedadlar Birliyinin layihə üzrə partnyor təşkilatlarında biri olan “Arka İnşaat” MMC-nin dəstəyi ilə təlimə Azərbaycanda informasiya texnologiyaları üzrə ixtisaslaşmış aparıcı inteqrasiya şirkəti olan “iTech Group”un və Azərbaycanda ev və binaların avtomatlaşdırılması sisteminin istehsalı və weekquraşdırılması üzrə ixtisaslaşmış aparıcı şirkət olan “Elsmart” şirkətinin nümayəndəsi dəvət edilmişdir. Həmin qurumlar tərəfində təlim iştirakçılarına ağıllı ev elektrik sistemləri və ağıllı qurğular barədə ətraflı məlumat vermişlər.
Növbəti təlimlər santexnika ixtisası üzrə keçirilməsi nəzərdə tutulur. Layihə uğurla davam edir.

Previous article“Ziyalı Ocağı” İctimai Birliyi özünün “Unutmayaq və unutdurmayaq!” adlı növbəti tədbirini keçirdi
Next articleTürkiyə rus qazının idxalını tədricən azaldır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here