Home Cəmiyyət “Böyük Ermənistan” mifi və terror siyasəti

“Böyük Ermənistan” mifi və terror siyasəti

62
0

1918-ci ilin mart soyqırımı öz qəddarlığı və miqyası ilə təkcə Azərbaycan tarixinin deyil, bütün bəşəriyyət tarixinin ən qanlı faciələrindən biridir. Həmin ilin mart-aprel aylarında Bakı Sovetinin qoşunları və daşnak-bolşevik erməni silahlı birləşmələri azərbaycanlılara qarşı əsl soyqırımı törətmişlər, bu soyqırımın qurbanları rəsmi məlumatlara görə Bakıda, eləcə də Qarabağda, Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəran və Salyanda, həmçinin Zəngəzurda yüzlərlə günahsız sakin olmuşdur. Törədilən soyqırıma əsas səbəb onların etnik və dini mənsubiyyəti idi.

Erməni millətçiləri xüsusi qəddarlıqla dinc əhalini, o cümlədən uşaqları, qocaları və qadınları qətlə yetirdilər. Qətlə yetirilən azərbaycanlılar arasında minlərlə ləzgi, yəhudi, rus, avar və talış da vardı, məscidlər, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri dağıdıldı.

“Böyük Ermənistan” mifləri və ultra-millətçilik ideyalarına aludə olan erməni millətçiləri terroru öz rəsmi siyasətlərinin tərkib hissəsinə çeviriblər. Əsas məqsəd öz təsir zonasını genişləndirmək və Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq üçün dinc əhalinin etnik təmizlənmə, deportasiya və məhv edilməsi idi. Bu, onilliklər boyu davam etdi. Erməni millətçiləri öz məqsədlərinə çatmaq üçün açıq şəkildə Azərbaycan xalqına qarşı cinayətlərə, vandalizm aktlarına, kütləvi soyqırımlara çağırırdılar.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələr bütün dünyaya yaxşı məlumdur. 1988-ci ildə 200 mindən çox etnik azərbaycanlı Ermənistandan zorla deportasiya edilib. Birinci Qarabağ müharibəsi zamanı bir neçə soyqırım aktı törədilib. Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktlarını anmaq məqsədilə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Bu gün Ermənistan azərbaycanlılara nifrətin dövlət siyasəti səviyyəsinə qaldırıldığı monoetnik ölkədir. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının iclasında dövrün Ermənistan prezidenti olan Robert Köçəryanın dediklərini xatırlamaq yerinə düşər: “Ermənilər və azərbaycanlılar genetik cəhətdən uyğun gəlmir”.

Azərbaycan erməni faşizminin ifşası üçün hər şeyi edir, cinayətlər barədə ölkələri, dünya ictimaiyyətini məlumatlandırır. Bu tarixlər Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır. Bu ağrını ölkədə yaşayan bütün etnik qrupların nümayəndələri bölüşür. Azərbaycan xalqının birliyi və həmrəyliyi Azərbaycan Respublikasının suverenliyini müdafiə edərək, bütün çətinlikləri dəf etməyə, keçmişi unutmamağa, haqq-ədalətə nail olmağa və inamla irəliləməyə kömək edən əsas qüvvədir.

Anastasiya Lavrina, Azərbaycandakı Rus İcmasının sədr müavini

Previous article“Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” layihəsi çərçivəsində növbəti seminar keçirilib
Next articleQərb niyə Putinin pullarını tapa bilmir?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here