Home QHT “Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” layihəsi çərçivəsində növbəti seminar keçirilib

“Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” layihəsi çərçivəsində növbəti seminar keçirilib

180
0

Martın 18-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən “Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” adlı layihə çərçivəsində növbəti seminar keçirilib.


Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün keçirilən seminarda Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, ekspert Almaz Mahmud və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova iştirak edib.


Layihə rəhbəri Aynur Nəsirova bildirib ki, 2020-ci ilin sentyabr ayında baş vermiş 44 günlük Vətən müharibəsi işğal altında saxlanılan ərazilərin azad olunması, 30 ilə yaxın müddətdə doğma yurdlarından məcburi köçürülmüş vətəndaşların geri qayıtmasına imkan yaradıb. Bütün dünya Azərbaycanın gücünü, rəşadətli ordumuzun qüdrətini gördü. Ərazi bütövlüyümüzün bərpa olunması üçün nəticələnən döyüşlər jurnalistlər üçün həm də informasiya meydanında savaşmaq demək idi. Azərbaycan mediası bu müharibədə bütün gücünü səfərbər etdi, amma unutmamalıyıq ki, informasiya müharibəsi hələ də davam edir.


Daha sonra Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu çıxış edib. O qeyd edib ki, Vətən müharibəsi zamanı həm Prezident Administrasiyası, həm də Müdafiə Nazirliyi informasiya siyasətini çox düzgün qurmuşdu. Dövlət başçısının çıxışları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlərin müxtəlif verilişlərdə müzakirələrdə iştirakı xalqın mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi.


Ekspert Almaz Mahmud informasiya müharibəsinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, əldə olunmuş informasiyanın qeyri-peşəkar istifadəsi, hərbi sirr sayıla biləcək məlumatların media orqanlarında , sosial şəbəkələrdə paylaşılması daha çox itkilərə səbəb ola bilər. Texnikanın hərəkətinin paylaşılması, insanların sığınacaq kimi istifadə etdiyi məkanların yerini göstərmək mənfi nəticələrə səbəb ola bilər. İnformasiya müharibəsi bu gün də davam edir, bu müharibədən qalıb çıxmaq üçün jurnalistlər kimi, sadə vətəndaşların da üzərinə öhdəlik düşür. Paylaşdığımız məlumatın yarada biləcəyi əks təsirləri nəzərə alaraq, xüsusi ilə sosial şəbəkələrdə ehtiyatla davranmalıyıq.
Daha sonra seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Previous articleFərruxda tapılan meyit qalıqları kimlərə aiddir?
Next article“Böyük Ermənistan” mifi və terror siyasəti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here