Home QHT İngilis dili könüllüləri təlimlərə başladı

İngilis dili könüllüləri təlimlərə başladı

232
0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin marifləndirici “İngilis dilli könüllülər”qrupunun yaradılması adlanır.

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə 3 ay müddətinə icra olunacaq. Layihədə Bakı şəhəri qəsəbələrində valideyni Qarabağ müharibəsi iştirakçısı olan gənclərə önəm verməklə onların iştirakı ilə xarici dil biliyinin inkişaf etdirilməsi məqsədilə intensiv ingilis dili təlimləri keçiriləcək. Layihənin sonunda Diplomlar veriləcək. Həmçinin “İngilis dilli könüllülər” qrupunun yaradılması nəzərdə tutulur.Artıq layihə çərçivəsində ilk təlimlər başlayıb.Təlimçi və ekspertlərin də qatıldığı təlimlərdə gənclərə həm də vətənpərvərlik, qəhrəmanlıq ideyaları da aşılanacaq. 1 aprel 2022-ci ildə Suraxanı Gənclər Evinə “İngilis dilli könüllülər”qrupunun təlimi keçiriləcək.Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi layihənin keçirilməsində dəstəyə görə Suraxanı Gənclər Evinə minnətdarlığını bildirir.

Previous articleBəzi modul tipli xəstəxanaların fəaliyyəti dayandırıldı
Next articleBakıda kirayəşin otaq yoldaşını öldürdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here