Home Dünya Delyaginin günahından betər üzrü: qəbul edək? – Video

Delyaginin günahından betər üzrü: qəbul edək? – Video

195
0

Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, Ədalətli Rusiya partiyasından deputat olan Mixail Delyagin Azərbaycana qarşı təxribatçı fikirlərinə görə üzr istəyib.

Yada salaq ki, bu şəxs Polşanın Belarusla sərhədə “qoşun yığması” və guya “Rusiya müttəfiqinə” hücum ehtimalı ilə Azərbaycan Ordusunun dislokasiya yerini dəqiqləşdirməsini eyniləşdirməyə uğursuz cəhd etmiş, Bakının neft sənayesinə zərbə endirməyə çağırmışdı. Və bunu Rusiya-1 kanalı yaymışdı.

Kremlin və Rusiya XİN-in olaya münasibətindən, Delyagini Rusiyanın müttəfiqinə qarşı təxribatlardan çəkinməyə çağırmasından sonra rus deputat Azərbaycan xalqından üzr istəmək qərarına gəlib. Amma necə?

1. Delyagin birbaşa deyir ki, Kremlin sözçüsü Peskovun tövsiyələrini yerinə yetirir, buna görə üzr istəyir. Yəni bu adam səhvini və necə böyük qəbahətə yol verdiyini qanmır, sadəcə, Kremldən gələn tapşırığı icra edir.

2. “Müdafiə Nazirliyimiz sülhməramlılarla vəziyyəti müzakirə etdikdən sonra Azərbaycan qoşunları geri qayıdıb və Azərbaycan Müdafiə Nazirliyi çox nəzakətlə izah etdi ki, qoşunları heç yerə getməyib”. Bu cümlə ilə demək istəyir ki, Azərbaycan Ordusunun “demə” geri çəkilməsindən xəbərsiz olub, guya bunu Azərbaycan MN “nəzakətli şəkildə” deyibmiş və bu nəzakəti Delyagin qanmayıb; yəni “səhv informasiya” altında o sözləri deyib.

Yalan deyir – Azərbaycan MN məhz (!) geri çəkilmədiyini deyib, həm də açıq mətnlə, nəzakətsiz-zadsız, məhz (!) Delyaginin anlayacağı dildə!

3. Və nəhayət, adamın üzrünü ünvanladığı cameəyə baxaq: “Mənim sözlərimdən sonra qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş hər kəsdən üzr istəyirəm”.

Diqqət etdinizmi? Qorxmuş, incimiş və çaşqınlıq keçirmiş! Adam etdiyi qələtə görə üzr istəmir, üzründə dolayısı ilə yenidən azərbaycanlıları aşağılamağı hədəfləyir!

Əlbəttə, Bakını vurmağı “tövsiyə” edən bir zehniyyətdən üzr gözləmirdik. Ağaları – Kreml və Rusiya XİN-in kifayət qədər ciddi və birmənalı mövqeyi bəs edir! Sadəcə, bu adamın mahiyyətini heç zaman unutmayaq!

Bir daha yadda saxlayaq: Mixail Delyagin – Rusiyanın yeni Jirinovskisi, rus xalqına nifrət qazandıranlardan növbətisi, öz nalayiq əməlindən xəcalət çəkməyən biri, üzründə belə məkr, hiylə, başqa milləti aşağılamaq istəyini gizlətməyən faşist!

Previous articleQHT tərəfindən daun sindromlu uşağa ad günü keçirildi
Next articleDünya İstanbula baxır və sülh gözləyir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here