Home Dünya Britaniyalı nazir Azərbaycana gəldi

Britaniyalı nazir Azərbaycana gəldi

200
0

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi Azərbaycana səfərə gəlib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bir günlük səfər çərçivəsində britaniyalı nazir Bakıda yüksək səviyyəli görüşlər keçirəcək.

Britaniyalı nazirin Prezident İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Görüşlərdə Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu il dönümündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı hazırkı vəziyyət, Ermənistanla bağlı həll edilməmiş məsələlər və sülh prosesinin gedişatı müzakirə olunacaq.

Nazir həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək.

Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Şəhidlər Xiyabanını da ziyarət edəcək.

Previous articleQarabağda tikilən məktəblərlə bağlı rəsmi – Açıqlama
Next articleFərruxda tapılan meyit qalıqları kimlərə aiddir?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here