Home Hadisə Bakıda kirayəşin otaq yoldaşını öldürdü

Bakıda kirayəşin otaq yoldaşını öldürdü

989
0

Martın 29-u saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Suraxanı rayon prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Previous articleİngilis dili könüllüləri təlimlərə başladı
Next articleƏsgər Ailələrinə Dəstək İB “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasını davam etdirir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here