Home Qarabağ Artilleriya bölmələrimiz “düşmən” hədəflərini məhv etdi – Video

Artilleriya bölmələrimiz “düşmən” hədəflərini məhv etdi – Video

96
0

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının artilleriya bölmələrində atəş tapşırıqları icra olunub.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri yerdəyişmə icra etdikdən sonra təyin olunan yerlərdə atəş mövqelərini tutublar.

Təlimdə artilleriya qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsi, müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilib. Komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, eləcə də hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Previous articleUkrayna nümayəndə heyəti danışıqlara Türkiyə təyyarəsi ilə gəldi
Next articleGənclərin peşə təhsilinə marağının artırılmasına dəstək verilməsi mövzusunda tədbir keçirib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here