Home QHT Agentliyin dəstəyi ilə layihə davam edir

Agentliyin dəstəyi ilə layihə davam edir

276
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) bütün kateqoriyadan olan əlilliyi olan insanların, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslərin və döyüşçülərin, şəhid ailələri və Milli Qəhrəman ailələrinin, məcburi köçkünlərin, həmçinin əlilliyi olan məhbuslar və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemlərini öyrənir, həlli istiqamətində işlər aparır, onlara psixoloji xidmət göstərir, eləcə də onlarla maarifləndirmə işləri aparır. Həmçinin layihə zamanı maarifləndirmə məqsədi ilə nəşr edilmiş “İmtiyazlı şəxslər üçün məlumat kitabı”nı onlara təqdim olunur.

Layihənin icrası zamanı BƏC İB-ə Qarabağ müharibəsi veteranı, məcburi köçkün Hüseyn İsmayılovun ailə üzvləri müraciət edərək bildirmişlər ki, o, uzun illərdir ürək xəstəliyindən əziyyət çəkir.

Hazırda yataq xəstəsidir, səhhəti çox ağır olduğundan həkim məsləhəti ilə urək ritminin düzəldilməsi üçün xüsusi aparata ehtiyacı var. Hüseyn İsmayılov “Bakı Sağlamlıq” klinikasında dəfələrlə müalicə alıb. Həmin aparat yalnız özəl klinikalarda qoyulur. Hüseyn İsmayılovun ailəsinin isə maddi imkanları olmadığından bu əməliyyata köməklik göstərməyi BƏC İB-də xahiş etmişdir.

BƏC İB Hüseyn İsmayılovun müayinə, müalicə və əməliyyatına köməklik göstərilməsi üçün aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət etmişdir. BƏC İB-in müraciətindən sonra H.İsmayılov özəl klinikada müalicə olunmasından ötrü dəqiq diaqnoz qoyulması üçün hazırda Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə göndərilmişdir.

Previous articleGənclərin peşə təhsilinə marağının artırılmasına dəstək verilməsi mövzusunda tədbir keçirib
Next articleQHT tərəfindən daun sindromlu uşağa ad günü keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here