Home QHT QHT tərəfindən daun sindromlu uşağa ad günü keçirildi

QHT tərəfindən daun sindromlu uşağa ad günü keçirildi

298
0

“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə birgə keçirdiyi “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasını davam etdirir.

Bu barədə Sosialmedia.az-a Birliyin sədri, layihə rəhbəri Zeynəb Hacıyeva məlumat verib. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə ən gözəl şəkildə adoptasiyası onalrın insanlarala birgə ünsiyyətidir.”Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində layihə çərçivəsində qrup şəklində uşaqların birgə təlimlərə, şənliklərə və s. işlərə cəlb olunması onların cəmiyyətdə aktivliyinin artırılması və ünsiyyətinə bir təkan vermiş olur.Belə şənliklərdən biridə layihə çərçivəsində təlimlərə qatılmış daun sindromundan əziyyət çəkən İbrahim adlı balanın ad gününün qeyd olunması uşaqların böyük sevincinə səbəb oldu.Şirin balanın ad günü böyük coşqu ilə keçirildi.12 yaşı tamam olan balaya ictimai birliyin rəhbəri Zeynəb Hacıyeva və valideynlər öz xoş arzularını çatdırdılar.Övladının yaşının qeyd olunması anaya böyük sevinc hissləri yaşatdı.

Eyni zamanda bildiyiniz kimi 21 Mart – Beynəlxalq Daun Sindromlu İnsanların günüdür (World Down Syndrome Day). Bu təqvim Daun sindromuna həsr olunmuş VI simpoziumun iştirakçılarının təşəbbüsü ilə 2005-ci ildən etibarən qeyd olunmağa başlayıb. Tarixin rəsmən qeyd olunması isə 2012-ci il martın 21-nə təsadüf edir. Qeyd olunması ilə bağlı rəsmi qərar isə 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.Bu gün münasibətilə agentliyin dəstəyilə ərsəyə gələn “Yer üzünün mələkləri” adlı daun sindronu haqqında buklet valideynlərə nümayiş olundu. Bukletdə daun sindromu haqqında geniş məlumat verilmişdir.

Uşaqlarınızın Daun sindromlu olduğunu öyrəndikdə onlardan imtina etməyin. Uşaqlarınızı yaxşı tərbiyə edəcəyinizə, onunla hər şeyin yolunda olacağına özünüzü inandırın. Heç vaxt unutmayın ! Onlar xəstə deyillər, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi qeyri-mümkün deyil. Bəli bir qədər çətindir, amma mümkünatsız deyildir. Onların da digər uşaqlar kimi sevilməyə, dəyər verilməyə haqları var.Uşaqlarınızı sevin. Sağlam bir uşağı hər kəs dünyaya gətirib boya başa çatdıra bilər. Əsas olan xüsusi qayğıya ehtiyacı olan bir uşağa valideynlik edə bilməkdir. Unutmayaq, onlar bizə əmanətdir !

Previous articleAgentliyin dəstəyi ilə layihə davam edir
Next articleDelyaginin günahından betər üzrü: qəbul edək? – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here