Home Dünya Rəfail Becanov: “Rusiya tərəfi obyektivliyə belə loyal yanaşa bilmir”

Rəfail Becanov: “Rusiya tərəfi obyektivliyə belə loyal yanaşa bilmir”

61
0

” Rusiya-Ukrayna müharibəsində Azərbaycanın media vasitətləri operativlik və obyektivlik nümayiş etdirir.Lakin Rusiya tərəfindən bu obyektivlik nədənsə qərəz kimi qəbul edilir. Ona görə də bəzi media subyektlərimiz Rusiya ərazisində bloklanır. Haqqin.az”, “Minval.az” və “Oxu.az” saytına Rusiya ərazisində giriş qadağan edilib”. Bunu Sosialxəbər.az – a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Cəbhə.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib. R.Becanov qeyd edib ki, dövlətindən, mövqeyindən asılı olmayaraq obyektivlik söz və media azadlığının əsas göstəricisidir: “Azərbaycan mediası da bunu qoruyur və peşə prinsiplərinə əməl edir. Təəssüf ki, Rusiya tərəfi bu obyektivliyi qəbul etmir. Bununla da bizim mediamız diskriminasiyaya məruz qalır. Eyni zamanda Rusiya tərəfi öz vətəndaşlarının da söz və mətbuat azadlğından istifadə hüququnu pozaraq, onların dəqiq informasiya almaq hüququna müdaxilə etmiş sayılır. 

Təbii ki, müharibə dövründə əgər informasiya birtərəfli verilərsə, qərəz və ya digər ayırıcı elementlər müşahidə edilərsə, bunu başa düşmək olardı. Lakin Azərbaycan mediasında sui-istifadə halları, milli ayrı-seçkiliklə bağlı hər hansı fakt yoxdursa, Rusiya tərəfinin bu addımı başa düşülən deyil. Rusiya tərəfinin bu addımı qarşılıqlı informasiya mübadiləsinə və əməkdaşlığa zərbə vuran real faktdır.

44 günülk müharibə dönəmində Rusiyanın müxtəlif kütləvi-informasiya vasitələrində Ermənistanın lehinə, Azərbaycanın əleyhinə dayanmadan təbliğat aparılanda bizim ölkəmizdə belə bir addım atılmadı. Bu gün də bir sıra hallarda Rusiya mediasında ərazi bütövlüyümüzə qarşı qərəzin şahidi oluruq. Qarabağ iqtisadi rayonu dəfələrlə rəsmi səviyyədə bəyan edilməsinə baxmayaraq, Dağlıq Qarabağ, cinayətkar, terrorçu Araik Arutunyan prezident kimi təqdim olunur. Rusiya mediası bizə qarşı qərəzli davranır. Azərbaycan mediasında isə qərəz yox, obyektivlik hökm sürür. Rusiya-Ukrayna müharibəsində daha çox obyektiv xəbər ötürücüsü işini görürük. Təəssüf ki, Rusiya tərəfi obyektivliyə belə loyal yanaşa bilmir. Azərbaycanın media subyektlərinə qarşı tətbiq olunan bu qadağa növbəti qərəz və diskriminasiyadır”.

Previous articleZorlu: Erməni separatçıları bundan sui-istifadə edir – Video
Next articleXüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesi davam etdirilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here