Home Dünya Zelenski Şoyqunu lağa qoydu

Zelenski Şoyqunu lağa qoydu

216
0

Rusiya müdafiə naziri Sergey Şoyqu ola bilsin ki, ordumuzun hər gün düşmənin canlı qüvvəsini və texnikasını məhv etdiyi Çernobayevkadadır.

Sosialxəbər.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya müdafiə naziri Sergey Şoyqunun “yoxa çıxmasına” münasibət bildirərkən deyib.

“Deyirlər ki, Rusiya müdafiə naziri harasa yoxa çıxıb. Maraqlıdır, bəlkə o, Çernobayevkaya şəxsən özü gəlmək istəyib?” – Zelenski bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür KİV-də Rusiya müdafiə naziri Sergey Şoyqunun 11 martdan efirlərdə görünmədiyi, səhhətində problemlərin olması ilə bağlı məlumatlar tirajlanır.

Şoyqunun isə iki gün öncə Putinin sədrlik etdiyi Təhlükəsizlik Şurasının operativ iclasında məruzə etdiyi, həmçinin son sutkada ermənistanlı və azərbaycanlı həmkarları ilə telefonla danışdığı rəsmən bildirilib.

Previous articleAB-dən Rusiyaya: Ukraynadan qoşunlarını çıxart!
Next articlePaşinyanın Putindən xahişi Qarabağda nəyi dəyişəcək?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here