Home QHT Agentliyin dəstəyi ilə Qəbələdə təlim təşkil olunacaq

Agentliyin dəstəyi ilə Qəbələdə təlim təşkil olunacaq

281
0

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda layihənin icrasını davam etdirir.

Bu barədə Sosialxəbər.az – a İstedadlı Əlillər İB-nin sədri,layihə rəhbəri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində ikinci tədbir 01 aprel 2022-ci il tarixdə saat 14:00-da Qəbələ Rayon “’’Qəbələ Üşaq və Ailələrə Dəstək Mərkəzi’’-ində keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.

Previous articleÇempion ürək tutmasından dünyasını dəyişib
Next articleAgentliyin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here