Home QHT Agentliyin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam...

Agentliyin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir

84
0

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə yaz tətilində uşaqların vaxtının səmərəli keçirilməsi məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində sağlamlıq imkanları məhdud uşaqlara təlimlərin keçirilməsini davam etdirir.

Bir fevral tarixindən “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır.

Layihənin əsas məqsədi autizm spektri pozuntusu,daun sindromu və digər xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasını həyata keçirməklə onların cəmiyyətə adoptasiyasını təmin etmək,ailələri sosial sahədə məlumatlandırmaq,onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Bu barədə Sosialxəbər.az – a Birliyin sədri,layihə rəhbəri Zeynəb Hacıyeva məlumat verib. Onun sözlərinə görə, layihəyə autizm spektri pozuntusu,daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən 25-dən artıq sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunmuşdur.

Eyni zamanda keçirilən təlimlərə ailədəki digər diqqətdən kənar qalan və inkişaf ləngiməsi olan uşaqlarda qatılmışdır.

Hal-hazırda uşaqların yaz tətili günləridir. Uşaqlara tətil günlərini maraqlı və rəngarəng etmək məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində 22-25 mart tarixində mütəxəssislər tərəfindən müxtəlif mövzularada fərdi və qrup şəklində təlimlər keçirilmişdir.Təlimlərdə uşaqlar mütəxəssislərin dəstəyi ilə bahar mövzusunda müxtəlif rəsmlər çəkmiş və maraqlı aplikasiya işləri görmüşlər.

Təlimlərə ictimai birliyin fəallarından xüsusi istedadı ilə seçilən fiziki imkanları məhdud olan Məmmədov Yusif Ağa oğluda qatılmışdır. Yusifin təsviri incəsənətə sonsuz maraqı vardır. Sulu boya və akvarel ilə müxtəlif mövzuda şəkillər çəkir.

Çəkdiyi rəsmlər bir çox sərgilərdə nümayiş olunmuşdur. İctimai birliyin rəhbəri Zeynəb Hacıyeva Yusifə gələcək işlərində böyük uğurlar və naliyyətlər arzulamışdır.Yazın gəlişi ilə çəkdiyi çiçək rəsmini Yusif böyük sevgi ilə ictimai birliyə hədiyyə etmişdir.
Təlimlərin sonunda uşaqlar gördükləri işləri böyük həvəslə valideynləri ilə qismən də olsa bölüşürdülər. Uşaqların gördüyü kiçik bir iş valideynlərdə böyük ruh yüksəkliyi yaradır və onların gələcəkdə daha çox bacarıqlara nail olacağına ümid verir.Bütün təlimlərin sonunda mütəxəssislər tərəfindən valideynlərə tövsiyələr verildi.

Previous articleAgentliyin dəstəyi ilə Qəbələdə təlim təşkil olunacaq
Next articleAzərbaycan Analarının Səsi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here