Home Cəmiyyət Cəlilabadda yağışlar kartof sahələrinə ciddi ziyan vurub

Cəlilabadda yağışlar kartof sahələrinə ciddi ziyan vurub

217
0

Cəlilabadda istixana şəraitində yetişdirilən kartof sahələrinin 40 faizinə ziyan dəyib. 

Sosialxəbər.az bildirir ki, “Report”un Aran bürosunun məlumatına görə, rayonda aramsız yağışlar əkin, xüsusən kartof sahələrinə ciddi ziyan vurub. Cəlilabad ərazisindən keçən Mişarçayın daşması səbəbindən Muğan, Maşlıq və köhnə Ələt-Astara magistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb.

Fermerlər deyirlər ki, böyük əziyyətlə, istixana şəraitində becərdikləri kartof sahələrini su basıb.

Təsərrüfat işlərinə kifayət qədər vəsait xərcləndiyini bildirən sakinlərin sözlərinə görə, selin əkin sahələrinə ciddi ziyan vurması səbəbindən məhsuldarlıq xeyli aşağı düşüb.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, həmin kəndlərdə istixana şəraitində becərilən kartoflar əsasən fərdi təsərrüfatlarda əkilir. Kifayət qədər vəsait tələb edən bu əkin növünün becərilməsində məqsəd məhsulu açıq sahələrə nisbətən satışa daha tez çıxarmaqdır. Amma indi sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək.

Qeyd edək ki, Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Onun 1 000 hektarı istixanalarda becərilir. Hesablamalara görə, əkin sahələrinin təxminən yarısına ciddi ziyan dəyib.

Previous articleQHT qazilərə Bakı şəhərində səyahətlər təşkil edəcək
Next articleBakıda avtoservis yanıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here