Home Dünya AB-dən Rusiyaya: Ukraynadan qoşunlarını çıxart!

AB-dən Rusiyaya: Ukraynadan qoşunlarını çıxart!

78
0

Avropa Birliyi (AB) Rusiyadan Ukrayna ərazisinə hərbi təcavüzünü dərhal dayandırmağı, bütün qüvvə və hərbi texnikanı Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmağı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb edir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə AB sammitinin yekun bəyanatında bildirilib.

AB liderləri bəyan ediblər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq hüququ kobud şəkildə pozur və mülki əhali arasında kütləvi itkilərə, xəsarətlərə səbəb olur:

“Rusiya mülki insanları hədəfə alır və mülki hədəflərə, o cümlədən xəstəxanalar, tibb müəssisələri, məktəblər, sığınacaqlara zərbələr endirir. Bu hərbi cinayətlərə dərhal son qoyulmalıdır”.

“Cinayəti törədənlər və onların əlbirləri beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər. Mariupol və digər şəhərlərin mühasirəsi, Ukrayna, eləcə də Rusiya hərbi qüvvələrinin humanitar yardıma çıxışının rədd edilməsi qəbuledilməzdir. Rusiya hərbi qüvvələri dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz marşrutları, habelə Mariupol və digər mühasirədə olan şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməlidir”, – AB bildirib.

Bununla bağlı Avropa İttifaqı Rusiyanı bütün digər müharibə zonalarında qalmış mülki şəxslərin seçdikləri ünvana təhlükəsiz keçməsinə təcili təminat verməyə, bütün girovları dərhal azad etməyə, humanitar yardımların fasiləsiz çıxışını təmin etməyə və humanitar dəhlizlər yaratmağa çağırıb. Təşkilat həmçinin Rusiyanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına əməl etməyə çağırır.

Previous articleZelenskidən AB-yə xəbərdarlıq: Gecikməyin!
Next articleZelenski Şoyqunu lağa qoydu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here