Home Dünya Ukrayna ordusu RF qoşunlarını Kiyevdən şərqə sıxışdırıb

Ukrayna ordusu RF qoşunlarını Kiyevdən şərqə sıxışdırıb

277
0

Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Kiyevdən uzaqlaşdıra bilib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını Kiyevdən 25-35 km uzaqlaşdırmağa nail olublar.  

“Rusiya qüvvələri Kiyevin mərkəzindən 55 km şərqdə yerləşir, bu dünən onların olduğu məkandan 25-35 km aralıdadır”, – Pentaqon rəsmisi deyib.

O qeyd edib ki, Rusiya qüvvələri Kiyevdən şimal-qərbdə səngər qazaraq müdafiə mövqeyi tutmağa çalışırlar.

“Biz görürük ki, onlar Kiyev ətrafında səngər qazdıqları görüntüsü yaradaraq daha çox Ukraynanın şərqindən hücum etməyə çalışırlar. Üstəlik Rusiya ordusu Donbasda, xüsusən Luqansk və Don vilayətlərində daha çox aktivləşib”, – o bildirib.

Previous articleNeftçalada intihar hadisəsi baş verib
Next articleBu gün NATO, AB və G-7 toplanır: nə qərar verəcək?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here