Home Dünya ABŞ-ın Rusiyaya qarşı 5 taktikası – Ağar

ABŞ-ın Rusiyaya qarşı 5 taktikası – Ağar

190
0

ABŞ nüvə gücü olan və beynəlxalq təhlükəsizliyə təhdid təşkil edən Rusiyaya qarşı geosiyasi vasitə axtarışındadır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, ABŞ-ın hiyləgər və həssas balans siyasətini 5 istiqamətə ayırmaq mümkündür:

“Birincisi, müharibənin nəzarətdən çıxması və genişlənməsinin qarşısının alınmasına çalışır; ikincisi, ABŞ öz mənfəətlərinə və geosiyasi hədəflərinə zərər vermədən xarici siyasət həyata keçirir; üçüncüsü, rəsmi Vaşinqton ətrafına topladığı ölkələri çox qorxutmaq istəmir və gərginliyin azaldılmasına ehtiyac yaranar deyə, bütün qapıları bağlamır; dördüncüsü, gələcəkdə müharibənin öz istədiyi zamanda və ərazilərdə olmasını və formalarını təmin etmək istəyir; sonuncusu isə ABŞ xüsusi doktrina ilə hərəkət edərək, Ukraynaya Rusiyanı bataqlığa çəkməyə kömək edəcək qədər silah-sursat və maddi yardım edir”.

Previous articleBu gün NATO, AB və G-7 toplanır: nə qərar verəcək?
Next articleBu ölkədə Ukraynadan gələn qaçqınlara xüsusi status veriləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here