Home Dünya Rusiyanın ixrac qadağası nə qədər davam edəcək?

Rusiyanın ixrac qadağası nə qədər davam edəcək?

223
0

Hansısa qida və ya ərzağı ixrac edib, qazanc əldə etmək Rusiya üçün ikinci plana keçib.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın ərzaq və taxıl ixracına qadağa qoyması ilə bağlı danışarkən bildirib.

“Rusiyanın bu qərarı öz daxili bazarını qorumaq üçündür. Öz əhalisi ərzaq qıtlığı çəkməsin deyə, Rusiya bəzi məhsulların ixracına qadağa qoyub. Təbii ki, bu hal ölkə iqtisadiyyatına ziyan vurur. İstehlakçılar və ixracatçılar vardır ki, həmin məhsulların ixracından valyuta qazanırdı. Belə olduğu halda onlar daxili bazara yönələcəklər, bu da daxili bazarda kəskin qiymət artımının qarşısını almaq üçün atılmış bir addımdır. Amma bu, uzun zaman davam edə bilməz. Bir müddətdən sonra bu qadağalar yumşalmalıdır”, – qeyd edib.

Qeyd edək ki, Rusiyanın xüsusilə qidalıq buğdaya icrax qadağası qoyması taxıl idxal edən ölkələrdə narahatlıqla qarşılanıb.

Previous articleABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə… – Əliyev
Next articleErmənistanın İkinci Qarabağ müharibəsindəki itkilərinin son sayı…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here