Home Dünya Putinin Qərbə “Xəncər” xəbərdarlığı

Putinin Qərbə “Xəncər” xəbərdarlığı

253
0

Ekspertlər hipersəs silahlarından istifadəni Putinin NATO-ya xəbərdarlığı kimi qiymətləndirirlər.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Die Velt” məlumat yayıb.

Qeyd olunur ki, bu, Qərbi ciddi problem qarşısında qoyur. Moskva hərbi əməliyyat başlayandan bəri ilk dəfə olaraq “Xəncər”dən (Kinjal) istifadə etdiyini açıqlayıb. Bu raket səsdən onqat sürətlə uça bilir. Bu baxımdan, onu müəyyən etdikdən sonra reaksiya üçün vaxt çox az olur.

NATO və xüsusilə onun avropalı üzvləri Moskvanın hipersəs silahlarının təhlükələrindən xəbərdardırlar. Lakin hələ də buna qarşı effektiv sistemə malik deyillər. Çoxmilyardlıq sərmayə ilə Pentaqon səsdən 27 dəfə sürətli və Rusiya və Çin hipersəs silahlarını tutmaq imkanlarına sahib sistemlər yaratmağa çalışır. Avropada hipersəs silahları daha çox müzakirə olunur və ya elmi araşdırmalar aparılır.

“Ancaq sual budur ki, bu fundamental tədqiqatlar əsasında effektiv raket əleyhinə sistemlər hazırlamaq mümkün olacaqmı, əgər belədirsə, nə vaxt?” – məqalədə bildirilib.

Previous articleLukaşenko da göstərmişdi: bu şəhər işğal olunacaq
Next articleABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə… – Əliyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here