Home Dünya Lukaşenko da göstərmişdi: bu şəhər işğal olunacaq

Lukaşenko da göstərmişdi: bu şəhər işğal olunacaq

210
0

Rusiyanın Odessaya desant yerləşdirmək ehtimalı azdır, çünki Rusiya dəniz piyadalarının demək olar ki, hamısı artıq Ukrayna ərazisində döyüşlərdə iştirak edir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Conflict Intelligence Team” məlumat yayıb.

“Göründüyü kimi, Ukraynaya ezam olunmuş bütün Rusiya dəniz piyada briqadaları bu və ya digər şəkildə döyüşlərdə iştirak edir. Bu, öz növbəsində Rusiyanın Odessaya desant çıxarma ehtimalını azaldır. Çünki buna resurs da çatmaz”, – məlumatda bildirilib.

Analitik H.Satton isə martın 15-də əvvəllər Krıma qayıdan Qara dəniz donanmasının bəzi gəmilərinin yenidən Odessa istiqamətində irəlilədiyini bildirib:

“Martın 21-də səhər saatlarında Odessa hakimiyyəti Rusiya gəmilərinin bir neçə evə atəş açması barədə məlumat yayıb. Odessanı tutmaq üçün hücumun ssenarisi həm Qərb kəşfiyyatının məlumatlarına əsaslanan müharibədən əvvəlki xəritələrdə, həm də Belarus Prezidenti Aleksandr Lukaşenkonun göstərdiyi işğal xəritəsində əksini tapıb”.

Previous articleABŞ gizli şəkildə aldığı sistemləri Ukraynaya verəcək
Next articlePutinin Qərbə “Xəncər” xəbərdarlığı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here