Home Cəmiyyət Ukraynada Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü mühasirəyə düşüb

Ukraynada Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü mühasirəyə düşüb

190
0

Ukraynada Çerniqov vilayətinin Kryukov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.

O qeyd edib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryukovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var.

Onunla bərabər Gürcüstan şirkətinə məxsus yük maşını və Türkiyyə vətəndaşı olan sürücüsü mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də, heç bir nəticəsi yoxdur.

Previous articleÇinin Ukraynadakı müharibə ilə bağlı mövqeyi…
Next articleYeni Zelandiya Ukraynaya hərbi yardım göndərəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here