Home QHT Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi “Novruz” bayramını şəhid...

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi “Novruz” bayramını şəhid və qazi övladları ilə birgə keçirdi

298
0

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi fəaliyyətdə olduğu müddətdə valideynlərinin birindən və yaxud hər ikisindən məhrum olmuş və yoxsul ailələrdən olan uşaqların mədəni sosial problemlərinin həllinə yardımçı olmuş, vətənə layiqli övladlar olmaqları üçün istiqamətləndirmişdir.


Növbəti tədbirimiz gəlişi ilə insan ruhunda gözəl abu hava yaradan “NOVRUZ” bayramı ilə əlaqədardır. Adət ənənəni özündə yaşadan, xoş əhval ruhiyyə ilə qeyd olunan “NOVRUZ” bayramı ailələrdə uşaqların xoşbəxtliyinə, sevincinə səbəb olur. Ancaq II Vətən müharbəsində Vətəni, Xalqı üçün canını fəda edən ŞƏHİD və QAZİ övladları “NOVRUZ” bayramı günlərində diqqəti içtimayyətin xeyrxaq insanlarından gözləyirlər. Onlara diqqətimiz və qayğımız vacibdir.Savabı böyükdür və diqqətimiz sözügedən uşaqların həyatına müsbət təsir edəcək.


Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi “Novruz” bayramını şəhid və qazi övladları ilə birgə keçirtdi. Sözügedən uşaqların üzlərinə təbəssüm, qəlblərinə sevinc bəxş etmək üçün keçəl, kosanın və digər nağıl personajlarının iştirakı ilə “Novruz” hədiyyələri şəhid və qazi övladlarına paylanıldı. .


VƏTƏN və XALQ Sizə minnətdardı qəhrəman VƏTƏN oğulları

Previous articleSağlam yaşa 100 yaşa sağlam həyat tərzinin təbliği ilə bağlı Bakı İstanbul liseyində təlim keçirildi
Next articleABŞ gizli şəkildə aldığı sistemləri Ukraynaya verəcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here