Home Cəmiyyət Sumqayıtda “Əngəlsiz fəsli bahar”adlı Novruz tədbiri təşkil olundu

Sumqayıtda “Əngəlsiz fəsli bahar”adlı Novruz tədbiri təşkil olundu

88
0

Sosialxəbər.az xəbər verir ki, Sumqayıt Reabilitasiya Mərkəzində müalicə kursu keçən əlilliyi olan şəxslərin və Qarabağ qazilərinin iştirakı ilə “Əngəlsiz fəsli bahar”adlı Novruz tədbiri təşkil olundu.

Tədbirdə Azərbaycan mətbəxinin şah əsəri olan plovun 7 növündən ibarət sərgi nümayiş olunub.İştirakçılar plovu daddıqdan sonra qaliblər müəyyən edilib.Qaliblərə hədiyyələr təqdim olunub.

Tədbirdə həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Fatimə Kərimli, Millət vəkili Müşfiq Məmmədli,Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Ülviyyə Müzəfərova,Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadiqova,Sumqayıt Perinatal Mərkəzin direktoru Təranə Rəcəbli və digər qonaqlar mərkəzdə müalicə kursu keçən ƏOŞ-i ,mərkəzin əməkdaşlarını bayram münasibəti ilə təbrik edib,tədbirin təşkilatçılığına görə mərkəzin direktoru Pərvanə Hacıyevaya və mərkəzin əməkdaşlarına təşəkkür edilib.

Sonda musiqi və rəqs nömrələri nümayiş olunub.Tədbir bayram əhval-ruhiyyəsi ilə davam etdirilib.

Previous articleNovruz bayramının fəlsəfi anlamı
Next articleNATO bizə açıq şəkildə desin: “Hə”, ya “Yox”? – Zelenski

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here