Home QHT Novruz bayramının fəlsəfi anlamı

Novruz bayramının fəlsəfi anlamı

223
0

Bu gün insanlar bütün sıxıntılarına baxmayaraq, Novruz bayramını normal əhval-ruhiyyədə qeyd etməyə hazırlaşırlar. İnsan həyatına müsbət çalarlar gətirən bu mərasimlərin qeyd olunmasının fəlsəfi anlamı var.
Bir çox pozitiv çalarları ilə bərabər, həm də Novruz – Yeni gün deməkdir. Yeni gündə dürüst, elmli, imanlı işlərə başlamaq uğur gətirər. Təbiətin dəyişməsi ilə bağlı əkinçilik işlərinə Ya Allah demək bərəkətli olar.
Qışın sərtliyindən, bəzi sosial problemlərdən itirilmiş enerjinin bərpa olunması üçün Novruz yeni fürsət deməkdir. Bu, həm Günəş enerjisi, həm normal qidalanma, həm də mənfi enerjilərdən qurtulmaqla mümkün olar.

Onu da qeyd edək ki, totalitar sovet rejimi bu bayramı yasaqlamağa çalışdı, amma bacarmadı. Xalq bu milli ənənəni şüurunda, məişətində yaşatdı. Bəziləri bu bayramı farslarla, bəziləri isə dinlə bağlamağa cəhd göstərdi. Bütün qüvvələrin cəhdləri əbəs oldu.
Çünki təbiətlə bağlı olan bu, oyanış prosesi heç bir dini faktorla, heç bir fars mənşəlli məqamla bağlı deyil.

Ümumilikdə Novruzla bağlı bəzi xoşagəlməyən ənənələrin korrektə olunmasına tədricən ehtiyac var. Bəlkə Novruz bayramının fəlsəfi anlamı ilə bağlı tədqiqatçıların izahatlarına, yeni fikirlərinə zərurət var.

Bir vacib məqamı xatırlatmaq istərdim. Novruz bayramı 2009-cu ildə müvafiq dövlət qurumlarının birgə səyi ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Həmçinin BMT Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul edilib.

Nəhayət Novruz bayramı münasibətilə bütün dostları, tanışları, qərdeşləri təbrik edirəm!!!

Əkrəm Bəydəmirli

Previous articleAgentliyin dəstəyi ilə autizm və daun sindomundan əziyyət çəkən uşaqlar üçün bayram tədbiri keçirildi
Next articleSumqayıtda “Əngəlsiz fəsli bahar”adlı Novruz tədbiri təşkil olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here