Home QHT Agentliyin dəstəyi ilə gənclər arasında şahmat turniri keçirildi

Agentliyin dəstəyi ilə gənclər arasında şahmat turniri keçirildi

260
0

Sosialxəbər.az xəbər verir ki, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi rayon “Binəqədi Gənclər Evi”ndə
“Vətən müharibəsi şəhidlırinin adlarının əbədiləşdirilməsi, iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamıtində tədbirlərin təşkili” adlı layihədə nəzərdə turulan “Şahmat turniri” həyata keçirilmişdir.

Turnir 10 şagird və hakim Ramil İmanovun iştirakı ilə keçirildi.

Turnir başa çatdıqdan sonra 1-ci yer Gülalıyev Ramal, 2-ci yer Rzayeva Finarə, 3-cü yer Həsənli Ömər qalib elan edildi. Turun qalibləri mükafat və Fəxri Fərmanlarla, iştirakçılar isə Təşəkkürnamə ilə təltif edildilər.

Layihənin keçirilməsində dəstək olan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisısinin direktoru Günel Həsənova və metodisti Fidan Həsənli, Hakim Ramil İmanov da Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif olundular.

Sonda Layihənin rəhbəri Növrəstə Yusifova layihəyəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

Previous articleSəfərbərlik Xidməti çağırışçılara müraciət etdi
Next articleAgentliyin dəstəyi ilə autizm və daun sindomundan əziyyət çəkən uşaqlar üçün bayram tədbiri keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here