Home QHT Agentliyin dəstəyi ilə autizm və daun sindomundan əziyyət çəkən uşaqlar üçün bayram...

Agentliyin dəstəyi ilə autizm və daun sindomundan əziyyət çəkən uşaqlar üçün bayram tədbiri keçirildi

245
0

Novruz bayramı üç min ildən artıqdır ki, nəinki Azərbaycanda,o cümlədən Balkanlarda,Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə,ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd edilir.Heydər Əliyev Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da keçirilən 4-cü sessiyasında Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.

   Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı,hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd etməyə başlayır.

Hər bir yerdə yüksək səviyyədə Novruz şənlikləri təşkil olunur.

Belə şənliklərdən biri 17 mart 2022-ci il tarixində Sumqayıt şəhərində fəaliyyət göstərən “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində keçirildi.

Sosialxəbər.az xəbər verir ki, “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə birgə keçirdiyi “Autizm spektri pozuntusu, daun sindromu və müxtəlif xəstəliklərdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstəyin göstərilməsi” adlı layihəsinə cəlb olunmuş 15-dən çox sağlamlıq imkanları məhdudu uşaq, ailə üzvləri,mütəxəssislər və könüllülər qatılmışdır.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların birgə şənliyə qatılması,ünsiyyət qurması və əylənməsi onların cəmiyyətə adoptasiyasının ən gözəl nümunəsidir.Belə şənliklərin təşkili həm uşaqlara, həm də onların valideynlərinə sevincli anlar yaşatmaqla yanaşı böyük ruh yüksəkliyi verir.İctimai birliyin sədri Zeynəb Hacıyeva həm öz adından,həmdə valideynlər adından sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyi dəstəyə və qayğıya görə ölkəmizin prezidenti İlham Əliyev Cənablarına, Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Aygün Əliyevaya dərin təşəkkürünü bildirmişdir.

Previous articleAgentliyin dəstəyi ilə gənclər arasında şahmat turniri keçirildi
Next articleNovruz bayramının fəlsəfi anlamı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here