Home Dünya Senat Rusiyadan uran idxalını da qadağan edir

Senat Rusiyadan uran idxalını da qadağan edir

215
0

ABŞ-ın respublikaçı senatorları Senata Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsi təqdim ediblər.

Sosialxəbər.az xəbər verir ki, bu barədə sənədin müəlliflərindən biri, Senatın Vayominq ştatından olan üzvü Con Barosso deyib.

“Rusiyanın bütün enerji resurslarını Amerika bazarından həmişəlik çıxarmağın vaxtı çatıb. Biz bilirik ki, Vladimir Putin bu pulları Ukraynadakı amansız və əsassız müharibəsini maliyyələşdirmək üçün istifadə edir. Rusiyadan neft, qaz və kömür idxalına qadağa mühüm addımdır, lakin bunlar sonuncu ola bilməz”, – deyə Barosso bildirib.

O əlavə edib ki, bu qadağa nəinki Rusiyanı hərbi əməliyyatlar üçün lazım olan vəsaitdən məhrum edəcək, həm də ABŞ-da uran istehsalına da stimul verəcək.

Previous articleMəhbus ailəsi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə müraciət etdi
Next articleSanksiyalar İrəvanı da silkələyir: sülh sazişi imzalamasa…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here