Home QHT Məhbus ailəsi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə müraciət etdi

Məhbus ailəsi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə müraciət etdi

232
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə zamanı məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Zakir Musayev İctimai Birliyə müraciət etmişdir. İctimai Birliyin əməkdaşları bu günlərdə Zakir Musayevin ailəsində olmuş, problemləri ilə tanış olmuşlar. Zakir Musayev bildirib ki, 2 övladı azadlıqdan məhrum edilib və hər ikisinin də səhhətində ciddi problem yarandığından müalicələrinə köməklik göstərməyi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-dən xahiş edib.
BƏC İB Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edərək hər iki gəncin səhhətindəki ciddi problemləri nəzərə alaraq onların həkim müayinəsindən keçirilməsinə və xəstəxana şəraitində müalicə almalarına köməklik göstərməyi xahiş etmişdir.

Previous articleAzərbaycanda axtarışda olan şəxs tutuldu
Next articleSenat Rusiyadan uran idxalını da qadağan edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here