Home QHT Jurnalistika fakültəsində təhsil alan tələbələr seminarda iştirak edib

Jurnalistika fakültəsində təhsil alan tələbələr seminarda iştirak edib

117
0

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı – Vətən Müharibəsi nəticəsində işğal altında saxlanılan ərazilərimizi azad edib. 30 ilə yaxın davam edən işğal başa çatıb, 1 milyondan çox qaçqın və məcburi köçkünün dogma yurd-yuvasına qayıtması üçün şərait yaranıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən keçirilən “Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” adlı layihə zamanı məlumat verilib. Layihə çərçivəsində jurnalistika ixtisası üzrə təhsil alan univeristet tələbələri ilə keçirilən seminarda layihə rəhbəri Aynur Nəsirova Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələrə diqqət çəkib. Qeyd edilib ki, bu müsahibələrdə Azərbaycan ordusunun qazandığı qələbə, üstünlüyümüz, xüsusi ilə dövlət başçısının siyasi savadı və hazırlığının şahidi olduq: “Ölkə başçısı xarici jurnalistlərə master klass keçdi”.

Daha sonra media eksperti Almaz Mahmud çıxış edib. O bildirib ki, müharibə zamanı hansı xəbərin efirə verilib-verilməməsi mühüm əhəmiyyət daşıyır. “Efirə informasiya ötürərkən diqqətli olmaq lazımdır. Vətən müharibəsi dövründə bir müxbir Gəncədən canlı yayım etdiyi zaman iki tankın kadrda görülməsi, həmin ərazinin düşmən tərəfindən dərhal vurulması ilə nəticələnmişdi”, – deyə ekspert qeyd edib.

Vətən müharibəsi dövründə “Arb” televiziyasının cəbhədən ən yeni xəbərləri çatdıran əməkdaşı Rasim Salehli 44 gün ərzində cəbhədə gördüklərindən, təhlükəli vəziyyətlərdən, hansı xəbəri ötürüb-ötürmədiyi haqqında tələbələrə məlumat verib. O, şahidi olduğu bir çox maraqlı hadisələri bölüşüb. Öz telefonu ilə çəkdiyi, erməni mərmisinin düşmə anını göstərən videonu tələbələrə nümayiş etdirib. Daha sonra müharibə şəraitində işləməyin xüsusiyyətlərindən, çətinliyindən danışdı. Vurğuladı ki, əsas Vətənə olan sevgidir, o zaman hər kəs peşəsindən asılı olmayaraq, ölkəsinə ziyan vura biləcək məlumatların paylaşılmasından çəkinəcək. İnformasiya müharibəsində hansı məlumatın tirajlanması səngərdə gedən döyüş qədər əhəmiyyətlidir.

Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırıldı.

Previous article“Azəriqaz”a edilən zəngləri sədr cavablandırdı – Video
Next articleİnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin layihəsinin icrası davam edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here