Home QHT Tərtərdə qazilərlə gənclərin, təhsil işçilərinin görüşü keçirilib

Tərtərdə qazilərlə gənclərin, təhsil işçilərinin görüşü keçirilib

274
0

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icra edir. 
Əsgər Ailələrinə Dəstək ictimai birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasına Ağdam rayonundan başladı.Mirəşilli kənd Uşaq baxçasında şəhid Orxan Dadaşovun xatirə lövhəsinin açılışı oldu. Layihənin ikinci tədbiri isə Tərtər rayonunda baş tutdu. Gənclər Evində iki hissədən ibarət tədbir keçirildi. Əvvəlcə Vətən Müharibəsi qəhrəmanları, Gənclər və İdman İdarəsinin  və könüllülərin iştirakı ilə görüş keçirildi.           “ Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin rəhbəri,  ictimai birliyin sədri Mətanət Əsgərqızı tədbiri açaraq şəhidləri bir dəqiqəlik sükurla yad etməyi təklif etdi. Daha sonra icra olunan layihədən danışdı.Görüləcək işləri vurğuladı.Dövlətin Vətən qəhrəmanlarına verdiyi qiyməti qeyd etdi. İştirak edənlər  qələbəmizin, qəhrəmanlarımızın təbliğ olunmasını, onlara qayğını  belə tədbirlərlə də hiss etdiklərini vurğuladılar. Qələbəmizin tarix dərsliklərinə salınacaq  günü səbirsizliklə gözlədikləri arzusunu dilə gətirdilər. Vətən Müharibəsinin istər şəhidlərinin , istərsə də qazilərinin həyatının gənclərimizə örnək olduğunu qeyd edən Mətanət Əsgərqızı tez-tez şəhid ailələrinə gedib onların problemləri ilə maraqlanmağı tövsiyyə etdi. Könüllülər  isə belə görüşlərin əhəmiyyətini qeyd etdilər.Görüş zamanı ictimai birliyin layihə çərçivəsində çəkilən “Sınan arzular” filmi nümayiş olundu. 
Daha sonra könüllülərlə çay, yemək süfrəsi arxasında söhbətlər davam etdirildi.İkinci görüş isə Vətən Müharibəsi qaziləri, təhsil işçiləri , layihənin psixoloqu Könül Abbasova və ekspert  Nəriman Nərimanzadənin  iştirakı ilə oldu. Layihənin rəhbəri  Mətanət Əsgərqızı keçirilən tədbirin məqsədindən danışdı. O, qeyd etdi ki, qəhrəmanlar məhz məktəb yaşlarından formalaşırlar. Onlara sıradan şagird kimi deyil, həm də gələcəyin vətən, dövlət qoruyucuları kimi qiymət vermək lazımdır. Tərtər müharibənin 30 ili ərzində ən çox hücuma məruz qalan rayonlardan biridir. 
Doğulan uşaqlar ana bətnində güllə səslərinin səksəkəsini yaşayıblar. Ona görə də rayonda fəaliyyət göstərən psixoloqlar əhali ilə, xüsusi ilə şəhid ailələri, qazilərlə daha çox təmasda olmalıdılar. Layihənin psixoloqu öz məsləhətlərini verdi. Qazilərlə test, sual-cavab etdi. Məsləhət gördü ki, həssas qruplarla və şagirdlərlə həftədə  bir dəfə görüşlər keçirilsin. Layihənin eksperti qeyd etdi ki, o özü də Vətən Müharibəsi iştirakçısıdır. Bir zaman onunla bir sinifdə oxuyan dostları ilə  vətən torpaqlarını azad etdilər. Heç kimin ağlına gəlməzdi ki, qələbəmizin qazanılmasında birgə olacaqlar. Ona görə də qələbəmizi təbliğ etməli. Qəhrəmanlarımızı tanıtmalıyıq. Görüşün sonunda Vətən Müharibəsi qazisi Arzuman Abdullayev Əsgər Ailələrinə Dəstək ictimai birliyindən  Silahlı Qüvvələr Sıralarına oğlunun yolasalma mərasimində iştirak etmələrini xahiş etdi. Arzu qəbul olundu və ictimai birlik söz verdi ki, həmin tədbirdə iştirak edəcəklər. Sonda Mətanət Əsgərqızı Tərtərdən layihəyə dəstək göstərən hər  kəsə minnətdarlığını bildirdi

Previous articleBu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq
Next articleSaxta sənədlərlə ölkədən çıxmaq istəyənlər saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here