Home QHT QHT Agentliyin dəstəyi ilə psixoloji yardımı davam etdirir

QHT Agentliyin dəstəyi ilə psixoloji yardımı davam etdirir

235
0

“Sosialxəbər.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir. Layihə zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər görülür, onlarla maarifləndirmə işləri aparılır, eyni zamanda onlara psixoloji xidmət göstərilir.


“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü, bu layihədə könüllü kimi iştirak edən İlham Agayev də psixoloji dəstəyə ehtiyacı olduğunu bildirib. Belə ki, o, uzun müddətdir ki, şəxsi mülkü olan mənzilinə əlavə olunan sahələrə görə yeni çıxarış almaq üçün çalışır.

Lakin bununla bağlı İqtisadi İnkişaf Nazrliyinin yanında əmlk verilən cavab məktubunu ASAN xidmətdə heçə saymaqları,-get özünə vəkil tut, işini həll et-deməkləri ona psixolji cəhətdən çox pis təsir edir.

Bu gün İctimai Birliyin psixoloqu İbrahim Əsədli İlham Ağayevlə görüşərək söhbət etmiş, yaranan bu gərginliyin aradan qaldırılması üçün psixoloji cəhətdən yardım göstərmişdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB də sənədin düzəldilməsi üçün İlham Ağayevə hüquqi cəhətdən lazımi köməkliyi göstərəcək.

Previous articleGömrük idarələri Novruzda 3 gün işləyəcək
Next articleSon ukraynalıya qədər döyüş gedəcək – Aksyonov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here